About Image
Haqqımızda

ART 2023

Artıq dünya üzrə texnologiya sahəsinin tədrisi və yarışların keçirilməsi insanlar arasında böyük həvəslə qarşılanır. Yarışların keçirilməsində məqsəd şagirdlərin bilik və bacarıqlarının yoxlanılması, komanda şəklində işləmək bacarığının inkişafı , yeni layihələrin yaranması və təqdimatı, həmçinin turnirlərdə iştirak təcrübəsinin qazanmasıdır.

Elə bu məqsədlə AzeRobot Robototexnika Turniri il ərzində iki dəfə olmaqla, qış və yay sessiyası keçirilir. Təşkilatçılığı AzeRobot məxsus olan bu möhtəşəm turnirin 4cü sessiyasında iştirak üçün qeydiyyat açıq şəkildə elan olunmuşdur. Turnirdə hər bir şagird özəl və dövlət təhsil müəssisəsində təhsil almasından asılı olmayaraq qeydiyyatdan keçərək iştirak edə biləcək.  

AzeRobot education təşkilatçılığı ilə növbəti turnir 24-25 iyun 2023-cü il tarixdə Balaxanı İdman Kompleksində Azərbaycan Respublikası Silahlı Qüvvələr gününə həsr olunmuş növbəti ART 2023 keçiriləcək. Turnirdə iştirak üçün ödəniş 20 manat təşkil edir.

11 kateqoriya üzrə keçiriləcək turnirə 5 yaşdan yuxarı hər kəs dəvətlidir.
Son qeydiyyat tarixi – 05 iyun 2023-cü il

Yarışda iştirakçılar arasında qiymətləndirmə robototexnika sahəsi üzrə mütəxəssis olan münsiflər tərəfindən seçiləcək.


Ətraflı məlumat almaq üçün (051) 215 05 21 nömrəsi ilə əlaqə saxlaya bilərsiz.